Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilib

   Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilib
  21 Oktyabr 2025    Oxunub:716
Oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, aparılan müzakirələrdə parlament sədrləri Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Onlar konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti