Ərdoğan Yaxın Şərqə gedir

   Ərdoğan Yaxın Şərqə gedir
  20 Oktyabr 2025    Oxunub:743
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah bir sıra Yaxın Şərq ölkəsinə səfərə yollanacaq.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, lider üçgünlük səfər çərçivəsində Küveyt, Qətər və Omana gedəcək, bu ölkələrdən həmkarları ilə görüşlər keçirəcək.

Görüşlərdə Türkiyə ilə adları çəkilən ölkələr arasında qarşılıqlı əlaqələr qiymətləndiriləcək, əməkdaşlıqların daha da irəliyə aparılması üzrə müzakirələr aparılacaq. Tərəflər, eyni zamanda, regional və qlobal məsələlərə də toxunacaqlar. Danışıqların yekununda bir sıra sənədin də imzalanacağı nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   prezident   Yaxın-Şərq   səfər  



Xəbər lenti