Vensin korteji üzərində partlayış olub
Səhv atəş yoldan təxminən bir kilometr aralıda, Uayt-Biçdən (Ağ çimərlik) açılıb, polis əməkdaşları vitse-prezidentin kortejini tədbirə ötürdükdən sonra parklanmışdılar.
Erkən partlayışdan sonra nümayiş atışması dayandırılıb. Patrul xidmətinin əməkdaşları yoxlama zamanı yolda qəlpə və digər təhlükəli əşya aşkar etməyib və qısa zamanda yol hərəkəti üçün açılıb.
Tramp administrasiyasına müxalif mövqe tutan Kaliforniya ştatının qubernatoru Gevin Nyusom bu cür təlimlərin magistral yolun yaxınlığında keçirilməsi ideyasını tənqid edib.
“Növbəti dəfə vitse-prezident və Ağ Ev daha çox məsuliyyət nümayiş etdirməli və şübhəli güc nümayişləri üçün insanların həyatını riskə atmamalıdır”, - siyasətçi vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


