Farac: “Rusiya qırıcılarını vurmaq lazımdır”
“Mənim bu məsələdə yumşaq mövqe tutmağım fikri sadəcə absurddur. Mən Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə yardım üçün istifadəsini də dəstəkləyirəm. Əgər baş nazir olsam BMT-nin sülhməramlı missiyası çərçivəsində Böyük Britaniya qoşunlarını Ukraynaya göndərəcək”, - sağçı populist vurğulayıb.
Faracın Böyük Britaniya hökumətinə rəhbərlik edə biləcəyi ilə bağlı fərziyyələr fonunda “Reform UK” partiyasına diqqət artıb. Partiyanın hazırda ölkə parlamentində cəmi beş deputatı olmasına və ümumi seçkilərə hələ dörd il qalmasına baxmayaraq, bu ehtimallar ciddi qəbul edilir. Buna görə də, Naycel Faracın rəqibləri, o cümlədən baş nazir Kir Starmer, onun rəhbəri olduğu partiyanın mövqeyini zəiflətmək üçün ictimai rəydən istifadə etməyə çalışırlar.
Xatırladaq ki, 2014-cü ildə verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini "bir insan kimi sevmədiyini" , lakin ona “siyasətçi kimi heyran olduğunu” söylədiyi üçün Farac kəskin tənqidlərlə üzləşmişdi.
2010-cu ildən 2014-cü ilə qədər “Reform UK” partiyasının lideri dəfələrlə Marqarita Simonyanın rəhbəri olduğu “Russia Doday (RT)” təbliğat telekanalında çıxış edib. Bundan əlavə, Naycel Farac Avropa Parlamentinin (A) deputatı olduğu dövrdə onun siyasi qüvvələri bir neçə dəfə Rusiyanı pisləyən qətnamələrin əleyhinə səs vermək üçün ifrat sağçı partiyalarla birləşib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Farac Rusiya təyyarələr







Vaxtında, Aydın, Lazımlı!


