Azərbaycan Respublikasının Perudakı səfiri M.Talıbov adından çıxış edən səfirliyinin nümayəndəsi Gültən Qafqazlı-Novruzova qonaqlara ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, milli mətbəxi, musiqisi və rəqsləri barədə ətraflı məlumat verib. Tədbirdə həmçinin Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen K.Alkaraz çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar və onlara nümayiş etdirilən hər bir foto haqqında ətraflı məlumat verilib. Sərgidə Azərbaycanın təbiətinin gözəllikləri, tarixi abidələri, milli rəqsləri və mətbəxi əks etdirən fotolar yer alıb. Tədbir yerli ictimaiyyət və turistlər tərəfindən böyük maraqla qarşılanıb. Fotosərgi oktyabr ayının 31-dək davam edəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


