Məşhur türkiyəli aktyor dünyasını dəyişib

   Məşhur türkiyəli aktyor dünyasını dəyişib
  16 Oktyabr 2025    Oxunub:977
Türkiyəli aktyor, həmçinin bəstəkar və memar Arif Ərkin Gözəlbəyoğlu 90 yaşında dünyasını dəyişib.
Bu barədə "Instagram"da "Kim Seslendirdi" səhifəsi onun oğlu Məmməd Gözəlbəyoğluna istinadən məlumat yayıb. Bildirilib ki, aktyor bu gün səhər saatlarında vəfat edib.

Arif Ərkin Gözəlbəyoğlu 1935-ci ilin 11 sentyabrında Türkiyənin Qaziantep şəhərində dünyaya gəlib. Sənət həyatına 1950-ci ildə teatrda başlayıb. Eyni zamanda, ixtisasca həm memar, həm də musiqiçi idi. Bir çox tamaşada, filmdə, habelə "İkinci bahar", "Yabancı damat", "Bəyaz mələk", "Möhtəşəm yüz il" və s. seriallarda aktyor oyunu ilə yanaşı "Ümid", "Karakolda ayna var", "Bir milyarda uşaq", "Bizimkilər", "Yaylaqçılar", "Oğlum adam olacaq", "Sayğılar bizdən" kimi ekran işləri üçün musiqilər də yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   aktyor   vəfat  



Xəbər lenti