Tramp Venesuelanı bombalamağa hazırlaşır?

   Tramp Venesuelanı bombalamağa hazırlaşır?
  16 Oktyabr 2025    Oxunub:648
ABŞ ordusu narkotik kartelinin fəaliyyəti ilə bağlı Venesuelada yerüstü hədəflərə zərbələr endirməyi nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patellə keçirdiyi birgə mətbuat konfransında jurnalistin müvafiq sualının cavabında belə deyib.

“Dəqiq demək istəmirəm, amma biz qurudakı obyektlərə zərbə vurmaq imkanını mütləq qaydada öyrənirik, çünki əslində biz dənizə onsuz da nəzarət edirik”, - Amerika lideri bildirib.

Karakas: “ABŞ bəhanə axtarır”
Xatırladaq ki, bundan əvvəl Ağ Evdəki mənbələrə istinad edən “The New York Times (NYT)” nəşri Tramp administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuela prezidenti Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində bu ölkədə gizli əməliyyatlar keçirməyə icazə verdiyini yazıb.

- Bu icazə Nikolas Maduronu devirmək üçün Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. İcazə ABŞ ordusunun Tramp administrasiyası üçün müxtəlif ssenarilər, o cümlədən Venesuelanın özündə mümkün zərbələr hazırladığı bir vaxtda verilib”, - qəzet diqqətə çatdırıb.

Venesuelanın Rusiyadakı səfiri Xesus Salasar Velaskes, öz növbəsində, keçirdiyi birfinqdə Vaşinqtonun narkotik problemindən müharibəyə başlamaq üçün bəhanə kimi istifadə etdiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Venesuela   zərbələr  



Xəbər lenti