Ermənistanda kilsə xadimi həbs olunub

Ermənistanda kilsə xadimi həbs olunub
  15 Oktyabr 2025    Oxunub:847
Ermənistanda Saqmosavank monastırının abbatı Paren Arakelyan həbs edilib. Araqatsotn bölgəsində yerləşən monastır ölkənin tanınmış ruhani mərkəzlərindən biridir.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, bundan əlavə, istintaq orqanları Erməni Apostol Kilsəsinin (AEK) Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparıb. Axtarışdan sonra o, ifadə vermək üçün istintaq şöbəsinə gətirilib.

Məlumatda qeyd olunur ki, yepiskop Proşyan bütün ermənilərin katolikosunun, Ali Patriarx və EAK-ın rəhbəri II Qareginin yaxın qohumudur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   kilsə   həbs  



Xəbər lenti