Qaluzin: “Moskvanın təklifi qüvvədədir”
Onun sözlərinə görə, yekun tənzimləmə əldə edilənə qədər ciddi işlərin görülməsinə ehtiyac var. Lakin Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əvvəllər imzalanmış üçtərəfli bəyanatlarına uyğun olaraq, qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün hər iki tərəfə hərtərəfli yardım göstərməyə hazırdır.
“Biz İrəvan və Bakıya qarşılıqlı məqbul həllərin əldə olunmasına yardımı davam etdirməyə hazırıq. Rusiya nizamlanma prosesində mühüm və effektiv rol oynayıb və iki ölkə arasında münasibətlərin normallaşmasına xüsusi önəm verir”, - rusiyalı diplomat vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan Rusiya







Vaxtında, Aydın, Lazımlı!


