Lixaçev: "Rusiya-Çin yük daşımaları 20 milyon tona çatacaq"

      Lixaçev:    "Rusiya-Çin yük daşımaları 20 milyon tona çatacaq"
  14 Oktyabr 2025    Oxunub:1272
"Rusiya və Çin arasında "Şimal Dəniz Marşrutu" üzrə yük daşımalarının 2030-cu ilədək 20 milyon tona çatdırılması proqnozlaşdırılır".
Bu sözləri Rusiyanın Atom Enerjisi üzrə Dövlət Şirkətinin ("Rosatom") Baş direktoru Aleksey Lixaçev Rusiya-Çin Hökumətlərarası Komissiyasının məsələ ilə əlaqədar iclasınının yekununda mətbuata açıqlamasında dilə gətirib. O, "Şimal Dəniz Marşrutu" ilə yükdaşımanın inkişafına dair tədbirlər planının təsdiqlənməsi haqqında danışıb. Bildirib ki, Çinlə müxtəlif sahələrdə əməkdaşlığın təfərrüatları da iclasda həmçinin müəyyənləşdirilib.

"Yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlıq təkcə dənizçilik sahəsində yox, buzqıran yük gəmilərinin istehsalı, kadr hazırlığı və təcrübəsi, habelə digər istiqamətlərdə də artırılacaq", - Baş direktor söyləyib.

Məlumat üçün bildirək ki, "Şimal Dəniz Marşrutu" Qərbi Avrasiya ilə Asiya-Sakit Okean regionu arasında ən qısa (5600 kilometr) nəqliyyat yoludur. Bu marşrut üzrə 2024-cü ildə yük daşımaları təqribən 37,9 milyon tona çatıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Çin   Şimal-Dəniz-Marşrutu   yükdaşıma  



Xəbər lenti