ABŞ "dron ovçusu"nu təqdim etdi

   ABŞ "dron ovçusu"nu təqdim etdi
  12 Oktyabr 2025    Oxunub:2921
ABŞ dünyada ilk dəfə PUA-larla mübarizə üçün robotlaşdırılmış kompleksi təqdim edib. “Leonidas Autonomous Robotic” adlı qurğu yüksək impulslu mikrodalğalı silahla təchiz olunub.
Kompleks “General Dynamics Land Systems” şirkətinin hibrid-elektrik mühərrikli tırtıllı TRX daşıyıcısından və “Epirus” mikrodalğa generatorundan ibarətdir. Mobil kompleks mikrodalğalı enerji impulslarının vasitəsilə dronları və dron sürülərini dərhal sıradan çıxarmağa qadirdir.



Sınaqların gedilində kompleks 49 kiçik drondan ibarət sürünü uğurla zərərsizləşdirib.



Samir Quliyev
AzVision.az


Teqlər: PUA   ABŞ   Silah   Dron  



Xəbər lenti