Qəzzanın sülh zirvəsinə Azərbaycan da dəvət olunub

Qəzzanın sülh zirvəsinə Azərbaycan da dəvət olunub
  12 Oktyabr 2025    Oxunub:1079
Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.
Bu barədə "Axios"un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib. Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.

"ABŞ Dövlət Departamenti bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib", - jurnalist qeyd edib.

Ravidin sözlərinə görə, İran tərəfi dəvət alsa da, İsrail almayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti