Putin: “Münasibətlərdə dövlətlərarası böhran olmayıb”

     Putin:    “Münasibətlərdə dövlətlərarası böhran  olmayıb”
  10 Oktyabr 2025    Oxunub:1887
Moskva ilə Bakı arasındakı münasibətlərdəki gərginliyi dövlətlərarası böhran adlandırmaq olmaz.
AzVision.az bildirir ki, belə açıqlama verən Rusiya prezidenti Valdimir Putinin sözlərinə görə, söhbət “emosiyalar böhranı”ndan gedə bilər.

“Bizim dövlətlərarası münasibətlərimizdə böhran olduğunu deməzdim. Bu, “emosiyaların böhranı” idi və bunun səbəbi aydındır: biz təyyarənin vurulması ilə üzləşdik və hər şeyi yoluna qoymaq üçün vaxt lazım idi”, - Rusiya lideri deyib.

Rusiya Prezidenti: AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var
Putin qeyd edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir, yalnız “təfərrüatlar və incəliklər” qalıb.

- Münasibətlərimizdə böhran olsaydı, ticarət və iqtisadi əlaqələrdə artım olmazdı. “Emosiyalar böhranı” var idi, çünki çox çətin hadisə, faciə ilə üzləşdik”, - Rusiya prezidenti vurğulayıb.

Valdimir Putin bu mərhələnin arxada qaldığına və Azərbaycanla münasibətlərin müsbət istiqamətdə inkişafına ümid etdiyini söyləyib: “Ümid edirəm ki, biz bu səhifəni çevirmişik və irəliləyəcəyik”.

O, bir daha diqqətə çatdırıb ki, Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər səviyyəsində heç bir böhran yaşanmayıb və yaranan çətinliklərə səbəb yalnız faciəvi hadisəyə emosional reaksiya ilə bağlı olub.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasından əvvəl oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.




Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Azərbaycan   Rusiya  



Xəbər lenti