Britaniyanın keçmiş Baş naziri "Microsoft"da işə düzəlib

   Britaniyanın keçmiş Baş naziri "Microsoft"da işə düzəlib
  10 Oktyabr 2025    Oxunub:1399
Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunak “Microsoft” və süni intellekt startapı “Anthropic” şirkətlərinə baş müşavir təyin edilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadla xəbər verir. R.Sunak “Anthropic” şirkətinə strategiya, makroiqtisadi və geosiyasi meyillər üzrə məsləhətlər verəcək. Onun vəzifəsi qlobal strateji məsələlərə yönəlib və o, “Anthropic” adından Böyük Britaniyanın hökumət rəsmiləri ilə əlaqə saxlamaq hüququna malik deyil.

Sunak isə bildirib ki, bu vəzifələrdən əldə ediləcək bütün gəlir “The Richmond Project” adlı xeyriyyə fonduna ianə ediləcək. Həmin fond R.Sunak və həyat yoldaşı Akşata Murti tərəfindən yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti