Yaxın Şərqə əlavə ABŞ qoşunu göndərilir

   Yaxın Şərqə əlavə ABŞ qoşunu göndərilir
  10 Oktyabr 2025    Oxunub:1386
ABŞ Silahlı Qüvvələrinə məxsus xüsusi hərbi heyət Qəzza zolağında atəşkəs prosesini "nəzarətdə saxlamaq" məqsədilə Yaxın Şərqə yerləşdiriləcək.
ABŞ hökumətinin adları çəkilməyən rəsmi nümayəndələri "The Times of Israel" xəbər saytına açıqlamada söyləyiblər ki, ilkin mərhələdə birbaşa Mərkəzi Komandanlığın (CENTCOM) komandiri admiral Bred Kuperin rəhbərliyində 200 hərbçi göndəriləcək. Heyətin əsas vəzifəsi Qəzzanı nəzarətdə saxlamaq, müşahidə aparmaq, atəşkəsə zidd hərəkətlərin qarşısını almaqdır.

Məlumata əsasən, heyətdə həmçinin Misir, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbçilərinin də yer alacaqları gözlənilir. Eyni zamanda, onların Qəzza zolağına girməyəcəkləri diqqətə çatdırılır.

Sayta danışan rəsmi nümayəndələrin sözlərinə görə, ABŞ qoşununun Misirdə yerləşəcəyi planlaşdırılır. Onlar burada İsrail Ordusu ilə birgə nəzarət-koordinasiya mərkəzi yaradacaqlar.
Tramp İsrailə gedir

Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Yaxın-Şərq   Qəzza   qoşun   nəzarət  



Xəbər lenti