Putin təyyarə qəzası ilə bağlı: Borcumuz baş verənlərə obyektiv qiymət verməkdir

      Putin təyyarə qəzası ilə bağlı:   Borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
  09 Oktyabr 2025    Oxunub:1539
Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
AzVision.az xəbər verir ki, o, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - deyə Prezident Putin əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti