Kiyev Rusiyaya qarşı xüsusi əməliyyat hazırlayır
“UTX-nin sədri Vasil Malyukun bu gün yaxşı hesabatı oldu. Əməliyyatlarımıza gəlincə, mən Rusiya müharibəsinə asimmetrik reaksiyamızla bağlı bəzi planlar barədə UTX ilə razılaşdım”, - Zelenski xalqa axşam müraciətində deyib.
Ukrayna liderinin sözlərinə görə, Malyukla cəbhənin müxtəlif yerlərində, o cümlədən Pokrovskda müdafiə qüvvələrinin digər komponentləri ilə yanaşı döyüşən UTX-nin Xüsusi Əməliyyatlar Mərkəzinin “A Xidməti” əsgərlərinin fəaliyyətini müzakirə edib.
Daha əvəvl Zelenski bildirib ki, Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri Rusiyadakı hərbi hədəflərin məhv olunmasında artan effektivlik nümayiş etdirir. UTX-nin rəhbəri Malyuk isə, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsində əhəmiyyətli nəticələr qazanıldığını diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Rusiya əməliyyat







Vaxtında, Aydın, Lazımlı!


