Rihanna “Hafka”nın klubunu alır
Bu xəbəri eşidən kimi Fransanın “Lans” klubunun azarkeşləri Rihannaya müraciət edərək pullarını bu kluba yatırmağı xahiş ediblər.
Xəbərdə bildirilir ki, “Lans” klubunun səhmlərinin üçdə ikisinə nəzarət edən H.Məmmədov müflis olduğundan klubun büdcəsinə maliyyə vəsaiti verə bilmir. Bu üzdən Fransa Futbol Federasiyası “Lans”ın yüksək liqada oynamasına icazə verməyib.
Fransa KİV-ləri yazır ki, Rihanna əvvəlcə ingilis klublarından birini almaq istəyirmiş. Lakin “Lans” tərəfdarlarının müraciətindən sonra o, hazırda böhran içində olan Fransa klubunu almaq üzərində düşünməyə başlayıb. Rihanna bu barədə öz Twitter səhifəsində yazıb.
Virtualaz.org saytına o da məlum olub ki, “Hafka”nın hazırda müflis olan “Baghlan Group” şirkətlər qrupu Lüksemburqda qeydiyyatdan keçmiş “AQUARIUS İNVESTMENTS LUXEMBOURG S.A” investisiya şirkətindən avroistiqrazların satışa çıxarılması yolu ilə 2012-ci ildə 150 milyon dollar kredit cəlb edib.
Fransa mətbuatı araşdırıb ki, bu kredit müqaviləsində qarantiyaçı rolunda Fransanın “BNP Paribas” bankı, Azərbaycandan isə “Pasha Bank” çıxış edirdi. Lakin 2013-cü ilin dekabrında “Baghlan Group” bu kredit müqaviləsi üzrə növbəti kvartallıq tranşı - 19 milyon dolları ödəyə bilməyib. Nəticədə “Fitch” reytinq agentliyi şirkətin reytinqini kəskin endirib, daha sonra texniki defolt elan edib.
“Hafka” Lüksemburq şirkətinə məktub yazaraq krediti ödəyə bilməməsini “Baghlan Group”un debitor borclarını ala bilməməsi ilə izah edib, borcu ödəyəcəyini bildirib. Daha sonra onun şirkəti Bakıdakı daşınmaz əmlak satışı hesabına 19 milyon dollarlıq tranşın 8 milyon dollarını ödəyə bilib, bununla da “Baghlan Group” ödəmə qabiliyyətini itirib.