`Gəncəni birgə tanıyaq`

`Gəncəni birgə tanıyaq`
  08 Avqust 2014    Oxunub:1854
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Gəncəni birgə tanıyaq” adlı tur-aksiya keçirilib.
AzVision.az-a daxil olan məlumata görə, turun əsas məqsədi region gənclərini şəhərin mədəni abidələri ilə tanış etmək olub. Dahi mütəfəkkir Nizami Gəncəvinin Məqbərəsini, Nizami Muzeyini, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyini, yeni salınmış parkları gəzən gənclər Gəncədəki yeniliklərə heyran qaldıqlarını dilə gətiriblər. Gəzinti zamanı gənclərə Gəncənin tarixi, yenilikləri və gələcək planları haqqında məlumatlar verilib, maraqlı müzakirələr aparılıb. Avropanın 2016-cı il üçün “Gənclər Paytaxtı” seçilən qocaman və müasir Gəncə buraya gələnlərin hər birini möhtəşəm yenilikləri ilə valeh edir.


Teqlər:





Xəbər lenti