“Övladlarımla fəxr edirəm” – Anar Yusifoğlu

“Övladlarımla fəxr edirəm” – Anar Yusifoğlu
  07 Avqust 2014    Oxunub:8867
Ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələrini açıqlayıb. İmtahanda yüksək bal tolayaraq, ali məktəb tələbəsi olanlar sırasında məşhur jurnalistlərin də övladları var.
Tanınmış jurnalist Anar Yusifoğlunun da iki övladı yüksək bal toplayaraq ali məktəbə daxil olub. Oğlu Elnur Yusifzadə İstanbul Universitetinin Fəlsəfə, qızı Aytən Yusifzadə isə Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsinə qəbul olublar.

Tələbə atası olan Anar Yusifoğlu sevincini AzVision.az-a bölüşüb.

Jurnalist övladlarının əldə etdiyi uğurlara sevindiyini bildirib.
“Bunu təsvir eləmək çox çətindir. Böyük uğurdur. Hər valideynin arzusu övladının onun ümidlərini doğrultmasıdır. Mənim övladlarım da oxuduqları müddətdə hər zaman fəxr ediləsi uşaqlar olub. Qızım oğlumdan iki yaş kiçikdi. İllər əvvəl ikisini bir sinfə göndərdik ki, eyni vaxtda oxusunlar, bir-birinə dəstək olsunlar. Oldular da”.

Jurnalistin övladlarının Atatürk liseyininin məzunu olduqlarını qeyd edib.

“İxtisas seçməyi öz ixtiyarlarına bıraxmışdım. Elnur daha çox humanitar sahəyə meyl elədi. Onun balaca olmayan fəlsəfi əsərlərlə zəngin kitabxanası var, yaradıcılığa meylli uşaqdı. İstədiyi fakültəni qazanıb. Qızım da dəqiq elmlərə maraqlıdır. Həkim olmaq uşaqlıq arzusuydu və bu arzusunu reallaşdırmaq üçün xeyli əziyyət çəkdi. Nəticə istədiyi kimi oldu”.

Anar Yusifoğlu eyni zamanda övladlarının qazandığı uğurlara görə onların müəllimlərinə təşəkkür edib: “Mən onların müəllimlərinə, sevincimizə şərik olan hər kəsə minnətdaram. Hər kəsə bu sevinci yaşamağı arzulayıram. İnşallah millətimizə, vətənimizə xeyirli övladlar olarlar. Onların təhsl aldıqları sahələrdə uğur qazanacaqlarına inanıram”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti