Həm ziyarət, həm ticarət.. -Türkiyəyə gedənlərimiz

Həm ziyarət, həm ticarət.. -Türkiyəyə gedənlərimiz
  07 Avqust 2014    Oxunub:2030
Azərbaycan vətəndaşlarının istirahət və iş üçün üz tutduğu ölkələrdən biri də qardaş Türkiyədir.
Xüsusən də isti yay günlərində istirahətin keyfini yaşayanlar Türkiyəyə üz tutaraq orada dincəlmək istəyirlər. İstanbul, Antalya, İzmir, Bodrum həmvətənlərimizin ən sevimli məkanlarıdır. Türkiyə təkcə, turiz baxımından deyil, həm də yaxşı pul qazanmaq üçün əla biznes məkanıdır. Bir sözlər Türkiyəyə həm ziyarət, həm də tiracət üçün üz tutmağa dəyər.

2014-cü ilin yanvar-iyul ayları arasında Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlanıb.

AzVision.az Türkiyənin Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 6 ay ərzində 130 min 324 azərbaycanlı bu ölkəyə səfər edib.

Türkiyəyə ən çox yolu düşən isə Almaniya vətəndaşlarıdır.
“Belə ki, ötən 6 ay ərzində Almanyadan 669 min 278, Rusiyadan 348 min 181, ABŞ-dan 305 min 879, İrandan 298 min 906, Fransadan 282 min 667, İngiltərədən 278 min 660, İtaliyadan 243 min 125, Hollandiyadan 178 min 991, Səudiyyə Ərəbistanından 164 min 774, İraqdan 161 min 285, Livandan 154 min 160, Ukraynadan 153 min 545, Cənubi Koreyadan 132 min 367, Suriyadan 127 min 771 nəfər qardaş ölkəyə səfər edib.

Sevinc


Teqlər:





Xəbər lenti