`Şəfa` stadionun adı dəyişdirildi

`Şəfa` stadionun adı dəyişdirildi
  06 Avqust 2014    Oxunub:6892
Azərbaycanda daha bir futbol stadionunun adı dəyişdirilib.
AzVision.az apasport.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti "Şəfa" stadionunun bundan sonra "İnter Arena" adını daşıyacağını açıqlayıb.

Bu addım klub rəhbərliyinin qərarı ilə atılıb. Stadionun arenaya sahib olan klubun adını daşıması daha məqsədəuyğun sayılıb. Bu üzdən artıq 2014/15 mövsümündən arena yeni adı ilə tanınacaq.

Bununla bağlı klub rəhbərliyi AFFA və PFL-i məlumatlandırıb. Beləliklə də 2001-ci ildə inşa olunan və 13 il "Şəfa" adını daşıyan stadion rəsmən "İnter Arena" olub.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu da yeni mövsümdə fərqli adla təqdim olunacaq. Bu idman qurğusu artıq "Kapital Bank Arena" adlanır.


Teqlər:





Xəbər lenti