Şahmatçılarımız Dünya Olimpiadasında qalib oldu
Bu turda kişilərdən ibarət yığmamız rəqiblərə 2,5:1,5 hesabı ilə qalib gəlib. Eltac Səfərli bu partiyanı öz xeyrinə başa çatdırıb, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov rəqibləri ilə sülh bağlayıblar.
Zərif cinsi təmsil edən yığmamız da bu turu eyni nəticə ilə başa vurub. Gülnar Məmmədova və Səbinə İbrahimova rəqiblərindən üstün olublar, Zeynəb Məmmədyarova uduzub, Xəyalə Abdulla isə heç-heçə oynayıb.
Dördüncü turda ölkəmizin kişilərdən ibarət komandası Fransa şahmatçıları ilə, qadınlardan ibarət yığmamız isə çinli həmkarları ilə mübarizə aparacaqlar.
Dünya Şahmat Olimpiadası avqustun 14-dək davam edəcəkdir.
Teqlər: