Sumqayıtda yanğın olub, bir nəfər xəsarət alıb
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan mağazada metal qablarda yığılmış boyalar 120 kvadratmetr sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. Bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


