- Son illərdə onlayn platformalarda məlumat oğurluğu və dələduzluq halları artıb. PRAYK istifadəçilərin şəxsi məlumatlarını necə qoruyur? Bu sahədə hansı texniki və etik məsuliyyətləri üzərinizə götürmüsünüz?
- Bu, çox ciddi məsələdir və təəssüf ki, bəzi platformalar bu məsələdə istifadəçiləri qorumaqda yetərli deyil. PRAYK olaraq biz müasir təhlükəsizlik protokolları və real vaxtda monitorinq sistemləri tətbiq edirik. Heç bir istifadəçi məlumatı razılıq olmadan paylaşılmır, satılmır və üçüncü tərəflərə ötürülmür. Əlavə olaraq, istifadəçilərə öz məlumatları üzərində tam nəzarət imkanı veririk. Yəni təkcə texniki baxımdan yox, etik və hüquqi baxımdan da istifadəçinin tərəfində duran platformayıq. Bizim üçün istifadəçi etibarı hər şeydən önəmlidir. Əgər bu etibarı qazana bilmiriksə, texnologiya heç bir işə yaramaz.
- PRAYK-ın süni intellekt funksiyası həm müştərilər, həm də bizneslər üçün hansı konkret imkanları təmin edəcək?
- PRAYK AI köməkçisi həm müştəri axtarış təcrübəsini optimallaşdıracaq, həm də bizneslərin doğru müştəriyə çıxmasını təmin edəcək. Məsələn, alıcı platformaya daxil olub bir məhsul axtarırsa, AI köməkçi onun ehtiyacını analiz edib ən uyğun təklifi təqdim edəcək. Satıcı və bizneslər üçün isə bu sistem aktiv olaraq müştəri axtarışına çıxacaq və onları uyğun auditoriyaya çatdıracaq – klassik reklam modelindən fərqli olaraq. Gələcəkdə bu funksiyanı səsli axtarış və smart təkliflər kimi imkanlarla daha da inkişaf etdirəcəyik.
- PRAYK-ın hədəf auditoriyası kimlərdir və yaxın gələcəkdə platformanın regional və beynəlxalq səviyyədə genişlənməsi nəzərdə tutulurmu?
- Bizim əsas auditoriyamız kiçik və orta bizneslər, “freelancer”lar, usta və xidmət sahibləri və yerli mağazalardır.
PRAYK onlara bərabər şans, pulsuz reklam və birbaşa satış imkanı yaradır. İlk mərhələdə bütün Azərbaycan regionlarını əhatə etməyi, daha sonra isə region ölkələrinə – Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi bazarlara çıxış etməyi planlaşdırırıq. Bu ölkələrdə də eyni problemlər mövcuddur və biz orada da həll təklif etməyə hazırıq.
Daha ətraflı: www.prayk.com
Yüklə: www.prayk.com/install







Vaxtında, Aydın, Lazımlı!


