Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb

Qeyd olunub ki, Ankara tərəfləri birbaşa və sağlam dialoq qurmaq üçün bu imkandan maksimum istifadə etməyə çağırıb.
Vurğulanıb ki, Cənubi Asiyada davamlı sabitliyi təmin etmək üçün terrorizmlə mübarizə də daxil olmaqla, oxşar gərginliyin qarşısını alacaq dialoq mexanizmlərinin yaradılmasının zəruriliyi göz qabağındadır.
Türkiyə XİN-dən başda ABŞ olmaqla, atəşkəsə töhfə verən bütün ölkələrə təşəkkür də bildirilib.
AzVision.az
Teqlər: