Premyer Liqa: Turun açılış oyununda "Sabah" "Şamaxı"nı məğlub edib

         Premyer Liqa:    Turun açılış oyununda "Sabah" "Şamaxı"nı məğlub edib
  09 May 2025    Oxunub:425
Misli Premyer Liqasında XXXIV tura start verilib.
AzVision.az xəbər verir ki, turun açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti