Ceyhun Bayramov: "Azərbaycanın Ermənistandan legitim gözləntiləri var"

      Ceyhun Bayramov:    "Azərbaycanın Ermənistandan legitim gözləntiləri var"
  10 May 2025    Oxunub:391
Bir neçə istiqamət kontekstində martda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb. Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var.
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində bildirib ki, həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Azərbaycan bu istiqamətdə prosesləri izləyir və təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir.

Ceyhun Bayramov, bu kontekstdə delimitasiya prosesi ilə bağlı bu il artıq bir neçə təmasın olduğunu da xatırladıb.

“Bildiyimiz kimi delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”, - Azərbaycan XİN-in rəhbəri vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   gözləntilər  





Xəbər lenti