AzVision.az xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.
AzVision.az