“OpenSubtitles.org” saytındankı subtitrlərdən və Süni İntellektdən istifadə edən tədqiqatçılar “kill” və “murder” sözlərindən yaranmış kəlmələrin işlənmə tezliyini
hesablayıblar. Maraqlıdır ki, belə sözlərin işlənməsi təkcə kriminal deyil, bütün janrdan olan filmlərdə artıb. Onları həm qadın, həm də kişi personajlar işlədirlər.
Qəribədir ki, hətta “PG-13” (“13 yaşa çatmamış uşaqların baxması tövsiyə olunmur”) kateqoriyasından olan filmlərdə də zorakı ifadələrin işlənmə tezliyi
3 dəfə artıb. Bu, uşaqlar üçün media kontentinin seçilməsinə həssas yanaşmağın vacibliyini bir daha qabardır.
Samir Quliyev
AzVision.az