Leyla Əliyeva və Arzu Əliyeva tələbə və gənclərin konsertini izləyib

   Leyla Əliyeva və Arzu Əliyeva tələbə və gənclərin konsertini izləyib
  01 May 2025    Oxunub:527
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.

Tədbiri “Baku Chamber Orchestra” Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə açıb. Ardınca maraqlı və rəngarəng çıxışlar təqdim olunub. Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.

Qeyd edək ki, “Simurq” layihəsinin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onları dəstəkləməkdir. Tədris ili boyunca layihəyə seçilmiş iştirakçılar Moskva Konservatoriyası nəzdindəki Mərkəzi Musiqi Məktəbi, Moskva Konservatoriyası, Qnesin adına Musiqi Kolleci, Xorvatiya Musiqi Akademiyası və digər nüfuzlu təhsil müəssisələrinin peşəkar müəllimləri ilə çalışırlar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti