AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin keçmiş vitse-prezident və Amerika lideri postuna sabiq namizəd Kamala Harris amerikalılara xitabən
“Böhran qarşısında dərs budur: bir-birinizdən qaçmayın” ifadəsini işlədib.
Vəzifədən getdikdən sonra “Leading Women Defined (Lider Qadınalrın müəyyənləşdirilməs)” sammitində etdiyi ən böyük çıxışında Kamala Harris amerikalıları bir araya gəlib susmamağa çağırıb. O, Tramp administrasiyasının iqtisadi siyasətini
“müasir prezidentlik tarixində insan tərəfindən törədilən ən böyük iqtisadi böhran” adlandırıb.
Xatırladaq ki, aprelin 30-da Trampın Kamala Harrisin əri Duqlas Emhoffu Vaşinqtondakı Holokost Memorial Muzeyinin idarə heyətinin üzvü vəzifəsindən azad etdiyi barədə məlumat yayılıb.
Sahil İsgəndərov
AzVision.az