ABŞ-İran danışıqlarının növbəti mərhələsinin yeri açıqlanıb

   ABŞ-İran danışıqlarının növbəti mərhələsinin yeri açıqlanıb
  30 Aprel 2025    Oxunub:249
ABŞ ilə İran arasında Tehranın nüvə proqramına dair yenidən başlayan danışıqların növbəti mərhələsi şənbə günü yenidən İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Nazirlər Kabinetinin iclasının yekununda mətbuata açıqlamasında məlumat verib. O həmçinin vurğulayıb ki, məsələ ilə əlaqədar cümə günü Fransa, Almaniya və Britaniya nümayəndələri də görüş keçiriləcək.
ABŞ-İran atəşi nəyi necə yandıracaq?

Xatırladaq ki, İran özünün nüvə proqramı ilə əlaqədar ABŞ ilə də danışıqlara yenidən başlayıb. Bu danışıqların ilk üç mərhələsi Omanın paytaxtı Məsqət və İtaliyanın paytaxtı Roma şəhərlərində baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Digər tərəfdən, aprelin 25-də Rusiya, Çin və İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndələrinin iştirakı ilə də Tehranın nüvə proqramı ilə əlaqədar danışıqlar keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti