Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"

   Ukrayna münaqişədən parçalanmış halda çıxacaq    - "Politico"
  29 Aprel 2025    Oxunub:444
Münaqişənin həlli üzrə aparılan danışıqlar nəticəsində imzalanacaq sülh sazişi Ukraynanı parçalayacaq. Kiyevin heç bir təhlükəsizlik zəmanəti də olmayacaq.
Bu fikirlər “Politico”də dərc olunan məqalədəndir.

Müəllif iddia edib ki, Ukrayna sülh razılaşması nəticəsində bu qəddar münaqişədən nəinki parçalanmış halda çıxacaq, həm də onun gələcək təhlükələrlə bağlı heç bir ciddi qaranatiyası qalmayacaq: "Çünki rəsmi Vaşinqton artıq açıq şəkildə avropalıları dəstəkləməkdən imtina edir”.

Tezliklə Kiyevin ABŞ mərmiləri qurtaracaq - "The Wall Street Journal”
Bununla belə o da qeyd olunub ki, təkcə ABŞ deyil, Avropa İttifaqı ölkələri də şübhəli gedişlər etməyə başlayıblar. Avropanın Kiyevə lazım olan hər şeyi vəd etmək siyasəti artıq şübhələr yaradır.

Aprelin 29-da Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin əlində olan ABŞ döyüş sursatları yaxın bir neçə ay ərzində tükənəcək. Avropa isə Kiyevi mərmilərlə tam şəkildə təmin edə bilməz. Bütün bunlar isə Ukraynanın cəbhə xəttini saxlamaq qabiliyyətini təhlükə altına qoyur.

Bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Sülh   Münaqişə  





Xəbər lenti