"İsveçrə öz siyasi və mənəvi öhdəlikləri yerinə yetirməli, İsrailin beynəlxalq hüquqpozmalarını dayandırmaq məqsədilə təcili tədbirlər görməlidir. İsveçrəni ədalətsiz qərarından dönməyə, xalqımızın işğala qarşı mübarizəsini dəstəkləməyə və ədalətli davranmağa çağırırıq", - HƏMAS-ın bəyanatında deyilir.
![]() |
İsveçrə HƏMAS-ı qadağan təşkilatlar siyahısına salır |
Xatırladaq ki, İsveçrədə Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının və onunla əlaqəli digər təşkilatlarının fəaliyyətini yasaqlayan yeni qanun mayın 15-də qüvvəyə minəcək. Bu qanun HƏMAS üzvlərinin İsveçrədən təhlükəsiz sığınacaq almalarının qarşısını almaq məqsədi daşıyır. Qanun çərçivəsində həmin şəxlərin ölkəyə girişinə qadağa qoyulacaq, habelə ölkədən çıxarılmaları üçün lazımi prosedur asanlaşdırılacaq.
Firudin Həmidli
AzVision.az