Ərdoğan İtaliyaya gedib

   Ərdoğan İtaliyaya gedib
  29 Aprel 2025    Oxunub:328
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corca Meloninin dəvəti ilə paytaxt Roma şəhərinə səfərə yollanıb.
Yerli mətbuatın məlumatına görə, Ərdoğan səfər çərçivəsində Türkiyə-İtaliya IV Hökumətlərarası Sammitinə qoşulacaq. Sammitin axırıncı görüşü 2022-ci ildə Türkiyədə baş tutmuşdu.

Türkiyə Prezidenti, eyni zamanda, qarşılıqlı mövzular ətrafında müzakirələr məqsədilə görüşlər keçirəcək. Onu səfərində bir sıra nazir də müşayiət edir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İtaliya  





Xəbər lenti