Turizm imkanlarımız Rusiyada silsilə tədbirlərlə nümayiş etdirilib

Turizm imkanlarımız Rusiyada silsilə tədbirlərlə nümayiş etdirilib
  14 Aprel 2025    Oxunub:836
Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə turizm sahəsində mövcud əməkdaşlığı genişləndirmək və ölkəmizin turizm imkanlarını yerli turizm sənayesi nümayəndələrinə tanıtmaq məqsədilə Rusiyanın Yekaterinburq, Tümen və Novosibirsk şəhərlərində təqdimatlar keçirilib.
Dövlət Turizm Agentliyindən AzVision.az -a bildirilib ki, ümumilikdə 220-yə yaxın turizm sənayesi mütəxəssisinin bir araya gəldiyi tədbirlərdə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə bağlı təqdimatlar reallaşıb.

"Absheron Hotel Group", Naftalan sanatoriyaları və "Rayda Tour" kimi yerli turizm sənayesi təmsilçilərinin iştirak etdiyi B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti