Saakaşvili günahı boynundan atdı...

Saakaşvili günahı boynundan atdı...
  29 İyul 2014    Oxunub:1317
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində açılan cinayət işinə münasibət bildirərək günahsız olduğunu vurğulayıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Saakaşvili öz “Facebook” səhifəsində qeyd edib.

“Mənim tərəfimdən “oğurlanan” milyardları tapmayandan sonra mənə qarşı ciddi siyasti ittiham irəli sürülüb. Bu belə də olmalı idi. Çünki, mən heç bir tetri belə mənimsəməmişəm, əksinə, Gürcüstan büdcəsini 11 dəfə artırmışam. Mənə qarşı heç bir konkret cinayəti sübut edə bilmədilər, çünki mən heç bir cinayət törətməmişəm, əksinə, ölkədə cinayətkarlıq səviyyəsi demək olar ki, sıfıra enmişdi

Bir rusiyalı oliqarx məni digər Rusiya oliqarxı tərəfindən təşkil olunan çevriliş cəhdininin qarşısını aldığıma görə günahlandırır. Və bu 2008-ci il müharibəsinin ildönümü ərəfəsində baş verir. Rusiya Tbilisini müharibə yolu ilə ala bilməyəndən sonra Putin və Medvedyev açıq şəkildə bəyan etdilər ki, vaxt olacaq Gürcüstan özü Saakaşvilini mühakimə edəcək.

Rusiyanın yerli siyasətçilərin də iştirakı ilə bizim ölkədə qarşıdurmalar yaratmasına baxmayaraq, biz sizlərdən heç kimi həbs etmədik” – deyə, Saakaşvili bidirib.

Qeyd edək ki, Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti