Evdə günlərlə tək qalmış körpənin vəziyyəti ağırdır

Evdə günlərlə tək qalmış körpənin vəziyyəti ağırdır
  27 Mart 2025    Oxunub:1082
Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir, vəziyyəti ağırdır.
Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.

Məlumata görə, hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Xatırladaq ki, polislər martın 17-si saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlını Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.
AzVision.az



Teqlər:





Xəbər lenti