Stadionun açılışından sonra ölkənin tanınmış şəxslərinin yer aldıqları rəmzi “Narıncı” və “Ağ” komandalar arasında matç keçirilib. Türkiyə keçiriləcək 12-ci prezident seçkiləri ilə əlaqədar 12 nömrəli formada “Narıncı” komandanın heyətində meydana çıxan R.T.Ərdoğan üç qol vurub. Tamaşaçılar Baş nazir R.T.Ərdoğanın qollarını böyük coşqu ilə qarşılayıblar.
Qarşılaşma narıncıların 9:4 hesablı qələbəsi ilə başa çatıb.
Baş nazirlə yanaşı, oyunda oğlu Bilal Ərdoğan, gənclik və idman naziri Akif Çağatay Kılıç, Türkiyə Futbol Federasiyasının rəhbəri İldırım Demirörən, “Başakşəhər” Futbol Klubunun prezidenti Göksel Gümüşdağ, Acun Ilıcalı, və digərləri də iştirak ediblər.