Zaqatala sakini evində yanaraq öldü

Zaqatala sakini evində yanaraq öldü
  23 Mart 2025    Oxunub:1105
Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti