NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında Norm, Bakcell, Azerconnect Group, Nobel Energy Group (Global Energy Solutions və s.) və digər şirkətlər yer tutur.
“İri vergi ödənişləri ilə yanaşı, NEQSOL Holding həmçinin dayanıqlı biznes strategiyaları, davamlı sərmayələri, iş yerlərinin yaradılması və cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri ilə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahələrdə nailiyyətlər NEQSOL Holding-in şəffaflığa, iqtisadi inkişafa və korporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir,” NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafına xüsusi diqqət yetirir. Gələcəkdə də fəaliyyətini gənişləndirərək, NEQSOL Holding Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməyə davam edəcək.
AzVision.az
Teqlər: