Ölkədə elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Ölkədə elektrik enerjisi istehsalının həcmi açıqlanıb
  18 Fevral 2025    Oxunub:687
Bu ilin yanvar ayında operativ məlumatlara görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2,493 milyard kVt/saat təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov sosial şəbəkədəki X hesabında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin hesabat dövründə isə Azərbaycandan elektrik enerjisi ixracı 157,4 milyon kVt/saat, idxalı isə 11,2 milyon kVt/saat olub.

Nazir bildirib ki, bərpa olunan enerji mənbələrindən, o cümlədən su elektrik stansiyalarından istehsal olunan elektrik enerjisi 96,4 milyon kVt/saat artaraq 268,5 milyon kVt/saat çatıb: “Hesabat dövründə SES-lər 218,3 milyon kVt/saat, KES-lər 2,9 milyon kVt/saat, GES-lər 26,4 milyon kVt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 20,9 milyon kVt/saat elektrik enerjisi istehsal edib.

AzVision.az


Teqlər:





Xəbər lenti