Ermənistan ordusunda "qar arabası" və asfalt qalmaqalı

   Ermənistan ordusunda    "qar arabası" və asfalt qalmaqalı
  29 Yanvar 2025    Oxunub:628
Ermənistanın Müdafiə Nazirliyi ətrafında cərəyan edən korrupsiya qalmaqalları səngimək bilmir.
"Hraparak" qəzetinin yaydığı məlumata görə, Müdafiə Nazirliyi ilə bağlı bir neçə cinayət işi Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılır.

Ohanyan hərbi obyektləri satıb- Baş prokuror cinayət işi açılmasını tələb edir
Nəzarətə götürülən işlərdən biri qarlı ərazilər üçün nəzərdə tutulmuş 10 texnikanın alınmasına dair müəmmalardır. Məsələ burasındadır ki, Müdafiə Nazirliyi Avropa istehsalı olan "qar arabaları"nı bazar qiymətindən dəfələrlə baha qiymətə alıb. Üstəlik, Zəngəzur Mis-Molibden Zavodu eyni "qar arabaları"nı xeyli aşağı qiymətə alıb. Nazir müavini Karen Brutyan bu işlə bağlı suallara cavab verməyib və qəzetin komitədəki mənbəsi məlumatı təsdiqləyib.

İkinci iş isə Müdafiə Nazirliyi tərəfindən aparılan tikinti işləri zamanı aşkar edilən nöqsanlara aiddir. Bu proses üzrə yeddi təqsirləndirilən şəxs var və onların əksəriyyəti həbsdədir.

Sənədlərdən məlum olur ki, betonlama işləri ilə bağlı ciddi sui-istifadələrə yol verilib. Qəzet istisna etmir ki, məlum işdə Baş Qərargah rəisinin müavini Karen Qriqoryan və Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi Vaaqn Stepanyanın da əli var.

Nəşrin məlumatına görə, özəl şirkət Silahlı Qüvvələrin sifarişi ilə Cermukda yol çəkib və Qriqoryan ərazi üzrə bölmə komandanlığından çəkilən yolu qəbul etməyi və sənədləri imzalamağı tələb edib. Lakin onlar keyfiyyətsiz işə görə sənədə imza atmaqdan, şirkətə pul ödəməkdən imtina ediblər. Bu isə logistika üzrə rəis müavini Qrenik Papoyanın işdən çıxarılmasına səbəb olub.

Oxşar hadisənin İkinci Ordu Korpusunda da baş verdiyi bildirilir. Komandir Qaregin Poqosyan da tikintini qəbul etməkdən imtina edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Korrupsiya  





Xəbər lenti