İtaliya prokurorluğu baş nazirlə bağlı təhqiqat aparır

İtaliya prokurorluğu baş nazirlə bağlı    təhqiqat    aparır
  29 Yanvar 2025    Oxunub:496
Roma prokurorluğu İtaliyanın baş naziri Corca Meloni və onun hökumətini iki nazirinə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən axtarışda olan liviyalı səhra komandirinin öz vətəninə qaytarılması ilə bağlı təhqiqat işi açıb.
AzVision.az bildirir ki, bu barədə məlumat verən İtaliyanın baş naziri Corca Meloninin sözlərinə görə, o, Ossame Al-Masri kimi tanınan liviyalı səhra komandiri Ossame Anciemə kömək etməkdə ittiham olunur. Xanım Melonu Ədliyyə və Daxili İşlər nazirlərinin də istintaqa cəlb olunduğunu açıqlayıb.

Meloninin hökuməti müxalifət, insan haqları qrupları və Beynəlxalq Cinayət Məhkəməsinin özü tərəfindən Al-Masri BCM-in orderi əsasında Turində həbs olunduqdan sonra onu texniki səbəblərə görə azadlığa buraxdığına görə tənqid edilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İtaliya   Meloni   təhqiqat  





Xəbər lenti