Paşinyanın partiyasının reytinqi aşağı düşüb - "Gallup"

   Paşinyanın partiyasının reytinqi aşağı düşüb    - "Gallup"
  29 Yanvar 2025    Oxunub:437
Əgər gələn bazar günü parlament seçkiləri keçirilərsə, Ermənistan vətəndaşlarının cəmi 11,3%-i hakim “Vətəndaş müqaviləsi”nə səs verər.
Bunu "Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin 1,1 min vətəndaş arasında keçirdiyi sosial sorğunun nəticələri sübut edir.

Ermənilərin yarıdan çoxu Aİ-yə can atır
"Gallup"un İrəvan nümayəndəliyinin rəhbəri Aram Navasardyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, sorğu yanvarın 20-22-də keçirilib.

Reytinqdə ikinci yeri məşhur və qalmaqallı videobloqer Vardan Qukasyanın (“Doq”) yaratdığı DOK partiyası tutur. Respondentlərin 6,8%-i DOK-a səs verməyə hazırdır. Üçüncü yerdə isə 6,5% reytinqlə ölkənin ikinci prezidenti, hərbi cani Robert Koçaryanın “Hayastan” bloku yer alıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Sorğu  





Xəbər lenti