Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüş keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüş keçirilib
  30 Yanvar 2025    Oxunub:311
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.
Görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti