Rusiya: "ABŞ rəsmilərində sərnişinlərin durumu barədə məlumat yoxdur"

Rusiya: "ABŞ rəsmilərində sərnişinlərin durumu barədə məlumat yoxdur"
  30 Yanvar 2025    Oxunub:609
ABŞ rəsmiləri hazırda Vaşinqtonda qəzaya uğramış sərnişin təyyarəsindən sağ çıxanlar barədə məlumatlara malik deyillər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Departamenti özünün rəsmi Telegram kanalında məlumat yayıb.

Açıqlamada vurğulanıb ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

CNN aviadispetçerlərin qəzadan əvvəlki danışıqlarını yayıb - VİDEO
"Rusiyanın ABŞ-dəkı səfirliyi təyyarədə Rusiya vətəndaşlarının olub-olmamasını araşdırır", - deyə departament əlavə edib.

Xatırladaq ki, Vaşinqtonda gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.

Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Xarici KİV artıq çaydan 19 cəsədin çıxarılmasını yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   ABŞ   Rusiya  





Xəbər lenti