Koçaryanın oğlunun əmlakı və 6,9 milyon dolları müsadirə edilir |
Aslanyan xatırladıb ki, prokurorun iddialarının əksəriyyəti üzrə olan araşdırmalar, hətta ibtidai istintaq belə hələ də başa çatmayıb: "Hərçənd bu iddialara bir neçə ildir ki, baxılır... Nə üçün belə yubanmaya yol verildiyini söyləmək isə çox çətindir".
Vəkil əlavə edib ki, izlədiyi məlum proseslərə, arzuolunmaz hallara əsasən hesablamaların təxmini olduğu qənaətinə gəlmək olar.
"Bu iddiaların əsasında duran hesablamaların necə əsaslandırılması bəlli deyil. Kimdənsə 100 milyon dram (250 min dollardan bir qədər çox - red.) tələb olunur. Amma kimsə ölkəyə milyardlarla dollar məbləğində ziyan vursa da, ən yaxşı halda ondan bir milyard dram (2,5 milyon dollar - red.) tələb olunur", - Aslanyan prokurorların siyasi sifarişlər həyata keçirməsindən gileylənib.
Tural Tağıyev
AzVision.az