"Trampa qarşı müharibə hazırlıqları başlayıb" - "San Francisco Chronicle"

"Trampa qarşı müharibə hazırlıqları başlayıb"    - "San Francisco Chronicle"
  29 Yanvar 2025    Oxunub:523
Kaliforniya şərab istehsalçıları Tramp administrasiyası ilə olduqca sərt immiqrasiya siyasətinə görə “müharibəyə hazırlaşır”.
Bu fikirlər “San Francisco Chronicle” qəzetində dərc olunan məqalədəndir.

ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
Nəşrin məlumatına görə, Trampın miqrantları kütləvi şəkildə deportasiya etmək səyləri Kaliforniyanın şərab sənayesi üçün ciddi problemlər yarada bilər. Bundan əlavə, qida sistemi, otel biznesi və digər sahələr də prezidentin məlum fəaliyyətlərindən zərər çəkə bilər.

Ştatın ən böyük üzümçülük ərazilərindən biri olan Napa Vadisində yaşayan miqrantların təxminən 73 faizi kənd təsərrüfatı sahəsində çalışır.

“İnsanlar çox qorxurlar. Belə bir hiss yaranıb ki, sanki biz müharibəyə hazırlaşırıq”, - məqalədə yazılıb.
Müəllif qeyd edib ki, miqrantların kütləvi surətdə deportasiyası işçi qüvvəsi çatışmazlığına səbəb ola bilər. Sənaye rəsmiləri şərabçılıq sahəsində çalışan işçilərini qoruyacaqlarını bildiriblər.
Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir. Trampın miqrasiya siyasəti isə ən çox müzakirə olunan məsələyə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Miqrant   ABŞ  





Xəbər lenti